"Apple" yaddaş çiplərinin qıtlığı səbəbindən "MacBook Air" çatışmazlığı ilə üzləşib

12:23 - 5.08.2026


5 avqust, Fineko/abc.az. "Apple" şirkəti yaddaş çiplərinin çatışmazlığı səbəbindən "MacBook Air" noutbuklarının defisiti ilə üzləşib.

"Bloomberg" agentliyinin analitiki Mark Qurmanın mənbələrə istinadən verdiyi məlumata görə, şirkət üçün noutbuk ehtiyatlarını kifayət qədər səviyyədə saxlamaq getdikcə çətinləşir və hazırda tədarük həcmi minimum səviyyəyə enib.

"Apple"ın rəsmi saytında qeyd olunur ki, hazırda sifariş edilən "MacBook Air"in baza versiyalarının alıcılara çatdırılması yalnız 2026-cı ilin avqust ayının sonundan başlanacaq. Bəzi fərdi konfiqurasiyalar üçün çatdırılma müddəti artıq sentyabr ayına qədər uzanıb.