"SpaceX"in rüblük gəliri 92% artaraq 7,8 milyard dolları keçib

13:00 - 5.08.2026


5 avqust, Fineko/abc.az. Kosmos, aviasiya və süni intellekt şirkəti "SpaceX", iyun ayında birjaya çıxdıqdan (IPO) sonra ilk maliyyə hesabatını açıqlayıb. Şirkətin 2026-cı ilin ikinci rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 92% artaraq 7,81 milyard dollara çatıb.

Gəlirlərin əsas hissəsini 4,29 milyard dollarla bağlantı (Starlink) və 247% sıçrayışla 2,56 milyard dollara yüksələn süni intellekt seqmenti təmin edib.

Hesabat dövründə "SpaceX"in xalis zərəri 1 milyard dollardan 541 milyon dollara enib. Şirkətin xüsusilə süni intellekt infrastrukturuna qoyduğu investisiyalar fonunda ümumi kapital xərcləri 550% artaraq 18,37 milyard dollara yüksəlib. Bunun 15,8 milyard dolları sırf süni intellekt sahəsindəki layihələrin payına düşüb.

Xatırladaq ki, "SpaceX" səhmləri bu ilin 12 iyun tarixindən etibarən "Nasdaq" birjasında "SPCX" kodu ilə ticarət olunur.