11:42 - 7.08.2026
7 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp ölkədə doğuş yolu ilə vətəndaşlıq verilməsini məhdudlaşdıran və "doğuş turizmi" ilə mübarizəni nəzərdə tutan iki yeni fərman imzalayıb.
Sənədlərdən biri xarici vətəndaşların körpənin avtomatik ABŞ vətəndaşlığı alması məqsədilə ölkəyə gəlməsini və analoji məqsəddaşıyan surroqat analıq praktikasını qadağan edir. İkinci fərman isə ABŞ-da doğulan, lakin vətəndaşlıq hüququ qazanmayan şəxslərin siyahısını genişləndirir. Siyahıya diplomatlarla yanaşı, Vaşinqtonun düşmən hesab etdiyi dövlətlərin və terror təşkilatları ilə əlaqəli şəxslərin övladları da daxil edilib.
Dövlət Departamenti və Daxili Təhlükəsizlik Nazirliyinə "doğuş turizmi" sxemlərinin qarşısını almaq tapşırılıb. Ekspertlər ABŞ Konstitusiyasına 14-cü düzəlişin ölkədə doğulan hər kəsə vətəndaşlıq hüququ verdiyini xatırladaraq yeni qərarların da məhkəmələrdə mübahisələndiriləcəyini bildirirlər.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026