22:02 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Qazaxıstan Hökuməti xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkəyə daxil olması üçün ödənişli onlayn icazə sisteminin tətbiqini planlaşdırır.
Hökumətin qərar layihəsinə əsasən, yeni sistemin bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulub.
Sənədin izahat hissəsində qeyd olunur ki, onlayn icazə mexanizmi miqrasiya axınlarının uçotunun şəffaflığını, operativliyini və tamlığını təmin etmək məqsədi daşıyır. Yeni qaydalar ölkəyə daxil olan xarici vətəndaşların əvvəlcədən rəqəmsal qeydiyyatdan keçməsini və müvafiq rüsum ödəməsini şərtləndirəcək.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026