"Siemens"in net mənfəəti 15% artaraq 2,6 mlrd. avroya çatıb

09:00 - 7.08.2026


7 avqust, Fineko/abc.az. Qlobal texnologiya giqantı "Siemens" 2026-cı maliyyə ilinin III rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb. Şirkətin net mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 2,6 milyard avro təşkil edib.

Hesabat rübündə şirkətin müqayisəli gəlirləri 8% artaraq 20,8 milyard avroya, sipariş portfeli isə 132 milyard avroluq rekord həddə yüksəlib.

Iyunun 30-da başa çatan rübdə "Siemens"in sənaye fəaliyyəti üzrə mənfəəti 25% artaraq 3,5 milyard avroya (mənfəətlilik marjası 17,3%), azad pul axını isə 4,1 milyard avroya çatıb. "Ağıllı İnfrastruktur" (Smart Infrastructure) və "Rəqəmsal Sənaye" (Digital Industries) bölmələrindəki kəskin artım, xüsusilə ABŞ və Avropadakı məlumat mərkəzləri (Data Center) üçün alınan iri sifarişlər fonunda şirkət ilin sonu üçün səhmdarların mənfəət gözləntilərini yüksəldib.