08:00 - 7.08.2026
7 avqust, Fineko/abc.az. İlona Maskın "SpaceX" və "Tesla" şirkətləri gələcək süni intellekt ehtiyaclarını təmin etmək üçün Teksas ştatının Qrayms qəzasında "Terafab" adlı yarımkeçirici kompleksinin inşasına start verir.
Şirkətlər layihənin ilk mərhələsinə 16,8 milyard dollar həcmində birgə sərmayə yatıracaq.
Açıqlamada bildirilir ki, "Terafab" kompleksi qlobal çip tədarükü ilə "SpaceX" və "Tesla"nın gələcək illərdə ehtiyac duyacağı 1 teravatdan çox hesablama gücü arasındakı fərqi aradan qaldırmağı hədəfləyir. 100 milyon kvadratfut (təxminən 9,3 milyon kv. metr) sahədə planlaşdırılan zavod ən azı 3 min nəfəri yüksəködənişli işlə təmin edəcək. Şirkətlər növbəti genişlənmə mərhələləri ilə ümumi investisiya həcminin daha da artacağını vurğulayırlar.
Yeni kompleks məntiq (logic) və yaddaş çiplərinin istehsalını, paketlənməsini və sınağını tək dam altında birləşdirəcək. Zavodda "Tesla"nın "Optimus" humanoid robotları və "Cybercab" sürücüsüz nəqliyyat vasitələri üçün prosessorlar, həmçinin "SpaceX"in kosmik məlumat mərkəzləri üçün nəzərdə tutulmuş yüksək məhsuldarlıqlı çiplər istehsal olunacaq.
Layihə çərçivəsində "Intel" şirkəti ilə əməkdaşlıq edilir, "Tesla" isə cari ilin aprelində "Giga Texas" kompleksində analoji tədqiqat mərkəzinin təməlini atıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026