Fəxrəddin İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib

14:26 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev F.N.İsmayılovun ölkəmizin UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndi rəhbər tutularaq Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.