Azərbaycanda "Google" axtarış sisteminin bazar payı açıqlanıb

10:24 - 5.08.2026


5 avqust, Fineko/abc.az. 2026-cı ilin iyul ayının yekunlarına əsasən, "Google" axtarış sistemi Azərbaycanda bütün platformalar (kompüterlər, mobil cihazlar və planşetlər) üzrə inamlı liderliyini saxlayıb.

"Global Stats" Statistika Mərkəzinin məlumatına görə, iyul ayında "Google"un ölkə üzrə bazar payı 98,41% təşkil edib. Bu göstərici iyun ayı ilə müqayisədə 0,1 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan "Yandex" axtarış sistemi isə bazar payını 0,18 faiz bəndi artıraraq 0,96%-ə çatdırıb.