"Azəristiliktəchizat" əhaliyə müraciət edib: İstilik xətlərinə sınaq suyu vurulur

10:25 - 7.08.2026


7 avqust, Fineko/abc.az. Qarşıdan gələn istilik mövsümünə hazırlıq işləri çərçivəsində istilik təchizatı sisteminə müntəzəm olaraq sınaq suyu vurulur və xətlərin texniki vəziyyəti yoxlanılır.

Bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq qurum istehlakçılardan mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və ya dəyişiklik işlərini qısa müddətdə yekunlaşdırmağı, radiator, boru xətləri və digər avadanlıqların tam hazır vəziyyətə gətirilməsini xahiş edib. Bildirilib ki, vaxtında görülən hazırlıq tədbirləri istilik mövsümü ərzində sistemin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətini təmin edəcək, həmçinin olası qəza hallarının qarşısını alacaq.