Azərbaycanda "Android" əməliyyat sisteminin bazar payı 60%-i keçib

10:53 - 5.08.2026


5 avqust, Fineko/abc.az. 2026-cı ilin iyul ayının yekunlarına əsasən, "Android" əməliyyat sistemi Azərbaycanda liderliyini möhkəmləndirib.

"Global Stats" Statistika Mərkəzinin məlumatına görə, iyulda "Android"in ölkə üzrə bazar payı iyun ayı ilə müqayisədə 5,74 faiz bəndi artaraq 60,34%-ə çatıb.

İkinci pillədə qərarlaşan "Microsoft Windows" sisteminin payı 5,71 faiz bəndi azalaraq 26%-ə enib. Üçüncü yeri tutan "iOS" əməliyyat sistemi isə bazar payını 0,03 faiz bəndi artıraraq 10,12%-ə çatdırıb.