22:10 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Gəmilərin və yüklərin Hörmüz boğazından hərəkəti davam etdiyi üçün onu açıq hesab etmək olar. Bu barədə "Reuters" agentliyinə istinadən ABŞ dövlət katibi Marko Rubio bəyan edib.
"Gəmilər boğazdan keçir, neft dövriyyə edir, buna görə də boğaz açıqdır. Bununla belə, hazırda yaxın müddətdə daha çox gəminin təhlükəsiz keçidini təmin etmək məqsədilə İran və Oman arasında keçirilən və bizim də cəlb olunduğumuz danışıqlar davam edir", — deyə ABŞ xarici siyasət idarəsinin rəhbəri bildirib.
Rubionun sözlərinə görə, ABŞ İran əleyhinə hərbi kampaniyanın əsas məqsədini İslam Respublikasının nüvə silahına malik dövlət olmaq ambisiyalarının qarşısını almaqda görür.