"Azeri Light" nefti bahalaşaraq 93,37 dollara yüksəlib

10:20 - 7.08.2026


7 avqust, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti növbəti yüksəliş dinamikası nümayiş etdirib. "Azeri Light" markalı xam neftin bir barelinin qiyməti 2,33 dollar və ya 2,56% artaraq 93,37 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.