12:34 - 7.08.2026
7 avqust, Fineko/abc.az. Qırğızıstan Avrasiya İqtisadi İttifaqına (AİƏB) üzv ölkələr arasında ən yüksək iqtisadi artım tempini nümayiş etdirir.
Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Qırğızıstan-Rusiya İqtisadi Forumunda bəyan edib.
O bildirib ki, 2026-cı ilin birinci yarımilliyində Qırğızıstanın ÜDM-i 11,9% artaraq ittifaq çərçivəsində ən yaxşı göstərici olub.
Rusiya rəsmisi vurğulayıb ki, respublika iqtisadiyyatının sürətli inkişafı həyata keçirilən miqyaslı islahatlar, sərmayə axınının artması, eləcə də sənaye, energetika və nəqliyyat infrastrukturunun fəal genişlənməsi hesabına təmin olunur.