10:58 - 7.08.2026
7 avqust, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AKGF) xarici və milli valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini "BBB-" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "Sabit" saxlayıb.
Agenlik Fondun əlçatan mənzil təminatındakı mühüm rolunu nəzərə alaraq, onun reytinqini Azərbaycanın suveren reytinqinə bərabər tutub.
Hesabatda qeyd olunur ki, Fondun maliyyə göstəriciləri dövlətin davamlı dəstəyi ilə möhkəmlənir. Dövlət hər il qurumun kapitalına vəsait yönəldir; belə ki, 2024–2025-ci illərdə sosial ipoteka proqramlarına 172,7 milyon manat, 2026-cı ildə isə 100 milyon manat ayrılıb.
Dəstəyin digər forması kimi Azərbaycan Mərkəzi Bankının (AMB) fondun istiqrazlarına verdiyi geri alım zəmanəti göstərilir. Hazırda dövriyyədə olan Fond istiqrazlarının təxminən 80%-i AMB-nin portfelindədir. "Fitch" dövlətin tənzimləyici və siyasi dəstəyinin ortamüddətli perspektivdə də davam edəcəyini gözləyir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026