10:30 - 7.08.2026
7 avqust, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC maliyyə hesabatını açıqlayıb.
Şirkət 2025-ci ili 1,028 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü illə müqayisədə 6,6 dəfə azdır.
Ötən il kommersiya qurumunun müştərilərlə müqavilələrdən gəlirləri 14,7% azalaraq 69,128 milyon manat, satışın maya dəyəri isə 25,5% azalaraq 47,63 milyon manat təşkil edib. Şirkətin sair əməliyyat gəlirləri 810 min manata yüksəlib, ümumi və inzibati xərcləri isə 17,191 milyon manat olub. Hesabat dövründə maliyyə xərcləri 2,1 dəfə artaraq 7,18 milyon manata çatıb, mənfəət vergisi ödəmələri isə 871 min manat təşkil edib. Bu il yanvarın 1-nə MMC-nin aktivləri 2,8% artaraq 608,153 milyon manata, balans kapitalı 9,2% artaraq 460,592 milyon manata çatıb, öhdəlikləri isə 13% azalaraq 147,561 milyon manata enib.
Xatırladaq ki, "MİDA" MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 milyon manatdır.
© Report.az
8 Avqust 2026
8 Avqust 2026