16:00 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Perakendə şəbəkəsini genişləndirən "Apple" şirkətinin Hindistandakı illik gəliri ötən ilki 9 milyard dollarlıq göstəricidən iki rəqəmli faizlə artaraq 10 milyard dolları ötüb. Satışların əsas hissəsini "iPhone" smartfonları təşkil edib.
ABŞ və Çindən sonra strateji bazara çevrilən Hindistanda şirkətin gəlirləri son üç ildə 67% artıb. Fevral ayında Mumbayda yeni mağaza açaraq rəsmi satış məntəqələrinin sayını 6-ya çatdıran "Apple", yerli banklarla əməkdaşlıq, tələbə güzəştləri və "trade-in" proqramları vasitəsilə bazardakı payını böyüdür. Yüksək vergilər səbəbindən ölkədə bazis "iPhone 17" modeli 870 dollara (ABŞ-də 799 dollar) təklif olunur.
Hindistan həmçinin "Apple"ın istehsal strategiyasında mühüm rol oynayır. Hazırda dünyada hər 4 "iPhone"dan biri Hindistandakı 5 fabrikdə istehsal olunur və ölkə ABŞ-yə göndərilən cihazların əsas tədarükçüsünə çevrilib.
4 Avqust 2026
4 Avqust 2026