10:56 - 21.10.2024
21 oktyabr, Fineko/abc.az. İctimai yerlərdə "WI-FI"-yə qoşularkən ehtiyatlı olun… Kiberdələduzların tələsinə düşə bilərsiniz...
ABC.AZ xəbər verir ki, mütəxəssislər deyir ki, ictimai yerlərdə ölkədə fəaliyyət göstərən provayderlərə məxsus olmayan "WI-FI"-lərdən istifadə artıb. Vətəndaşlar pulsuz olduğu üçün bu internetlərdən istifadə edirlər, lakin baş verə biləcək təhlükələrdən xəbərsizdirlər
İKT üzrə mütəxəssis Əmrah Mövsümzadənin sözlərinə görə, kiberdələduzlar saxta "WI-FI" şəbəkələri düzəldib vətəndaşların məlumatlarını ələ keçirə bilirlər.
Mütəxəssislər kiberdələduzların qurbanına çevrilməmək üçün vətəndaşlardan açıq "WI-FI" şəbəkələrinə qoşulduqları zaman diqqətli olmalarını, əmin olmadıqları şəbəkələrdən istifadə etməməyi tövsiyə edir. Digər təhlükəsizlik tədbirlərindən biri isı bu tip "WI-FI" şəbəkələrinə qoşularkən xüsusi VPN istifadə etməkdir.
VPN internet trafikini xüsusi alqoritmlərlə şifrələyərək dələduzlarla aranızda sədd rolunu oynayır.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026