Agentlik şirkətləri dövlət satınalmalarında daha fəal olmağa çağırır

17:14 - 14.08.2026


 14 avqust, Fineko/abc.az.Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şirkətləri dövlət satınalmalarında daha fəal iştirak etməyə çağırır.

Sözügedən çağırış barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini Mirzə Mirzəyev media nümayəndələri üçün təşkil edilmiş təlimdə bəyan edib.

O bütün potensial təchizatçıları satınalma proseslərində daha fəal olmağa səsləyib. "Çünki iştirakçı sayının artması sağlam rəqabəti gücləndirir, sahibkarlar üçün dövlət sifarişlərinə çıxış imkanlarını genişləndirir və dövlət satınalmaları sahəsində müsbət dinamikanın davamlı xarakter almasına töhfə verir", – deyə o qeyd edib.

Müəllif: Elmir Muradov