21:15 - 14.08.2026
14 avqust, Fineko/abc.az. "Tesla" şirkəti elektrik idman avtomobili "Roadster"in yenilənmiş versiyasını artıq bu ay təqdim etməyə hazırlaşır. Şirkətin ilk dəfə 2017-ci ildə nümayiş etdirdiyi və təhvil verilməsi dəfələrlə təxirə salınan bu layihə sadə elektrik avtomobilindən tamamilə yeni karbon lifli hiperkara çevrilib.
Təqdimat mərasimində "SpaceX" şirkəti ilə birgə hazırlanmış və soyuq qaz reaktiv mühərrikləri ilə təchiz olunmuş xüsusi versiyanın nümayiş olunacağı gözlənilir. Reaktiv mühərriklərin yaratdığı güclü səs və təzyiq səbəbindən avtomobilin distans idarə ediləcəyi bildirilir.
Məlumata görə, bu xüsusi versiyanın ictimai yollarda idarə edilməsinə icazə verilməyəcək və onun qiyməti yüz minlərlə, hətta milyonlarla dollar təşkil edə bilər. Qeyd edək ki, "Tesla" ilkin olaraq standart model üçün 50 min dollar, "Founder's Series" məhdud buraxılışı üçün isə 250 min dollar beh qəbul edirdi.
13 Avqust 2026
13 Avqust 2026