Bakı metrosunda hərəkət məhdudlaşdırılır: Avqustun 14-dən 6 yeni ekspres avtobus marşrutu işə düşür

15:22 - 13.08.2026


13 avqust, Fineko/abc.az. Bakı metropolitenində təmir-bərpa işləri və xətlərin ayrılması layihəsinin icrası ilə əlaqədar avqustun 15-dən etibarən "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq.

Sərnişinlərin alternativ və rahat nəqliyyatla təmin edilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avqustun 14-dən etibarən 6 yeni ekspres avtobus marşrutunu istifadəyə verir:

  • M1: "Elmlər Akademiyası" m/s ↔️ "28 May" m/s

  • M2: "İnşaatçılar" m/s ↔️ "Nizami" m/s ↔️ "28 May" m/s

  • M3: "20 Yanvar" m/s ↔️ "Nizami" m/s ↔️ "28 May" m/s

  • M4: "20 Yanvar" m/s ↔️ "Koroğlu" m/s

  • M5: "20 Yanvar" m/s ↔️ "Gənclik" m/s

  • M6: "Elmlər Akademiyası" m/s ↔️ "Gənclik" m/s

Bundan əlavə, 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli mövcud marşrutlar üzrə xəttə çıxarılan avtobusların sayı artırılacaq və hərəkət intervalları azaldılacaq.

Dəyişikliklər təmir işləri aparılan müddətdə sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədi daşıyır.