08:00 - 14.08.2026
14 avqust, Fineko/abc.az. Dünyanın ən böyük kompüter istehsalçısı "Lenovo Group" İİ avadanlıqlarına olan yüksək tələbat fonunda rüblük gəlirini 43% artıraraq 26,94 milyard dollara çatdırıb.
Bu, şirkətin son 5 ildə qeydə alınan ən yüksək gəlir artımıdır və analitiklərin 22,3 milyard dollarlıq gözləntilərini üstələyib. Səhmlər isə 22% yüksələrək rekord vurub.
İyunun 30-da başa çatan maliyyə rübündə şirkətin İİ üzrə gəlirləri 60% artaraq 9,3 milyard dollar (ümumi gəlirin 35%-i) təşkil edib. Varantiya yenidənqiymətləndirilməsi üzrə 1,7 milyard dollarlıq qeyri-nağd itki səbəbindən xalis zərər 609 milyon dollar olsa da, düzəliş edilmiş xalis mənfəət iki dəfədən çox artaraq 1,075 milyard dollara çatıb. "Lenovo" 25,6% payla qlobal kompüter bazarında liderliyini qoruyur.
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026