"Starbucks Korea" II rübdə 13.4 milyon dollar zərər açıqlayıb — Marketinq skandalı mənfəəti vurdu

22:55 - 13.08.2026


13 avqust, Fineko/abc.az. "Starbucks Korea" brendinin operatoru "SCK Company" cari ilin ikinci rübünü 18,4 milyard von (13,4 milyon dollar) əməliyyat zərəri ilə başa vurub. Şirkət ötən ilin müvafiq dövründə 40,3 milyard von (təxminən 29,3 milyon dollar), cari ilin birinci rübündə isə 29,3 milyard von (təxminən 21,3 milyon dollar) əməliyyat mənfəəti əldə etmişdi.

Göstəricilərin zərərə keçməsinə əsas səbəb 1980-ci il Qvanju demokratik üsyanını xatırladan qalmaqallı marketinq kampaniyasına görə istehlakçıların boykotu və ənənəvi yay həvəsləndirmə aksiyasının ləğv edilməsi olub. May ayında təşkil edilən "Tank Day" aksiya kampaniyası ictimaiyyətin kəskin etirazından sonra dayandırılıb və şirkət rəsmi üzrxahlıq edib.

Hadisədən sonra ana şirkət "Shinsegae Group" "Starbucks Korea"nın rəhbərini vəzifəsindən kənarlaşdırıb və əməkdaşlar üçün sosial həssaslıq təlimləri təşkil edib. Satışların kəskin düşdüyü bildirilsə də, "E-Mart" rəsmi hesabatda zərərin birbaşa boykotla bağlı olduğunu qeyd etməkdən çəkinib.