09:00 - 15.08.2026
15 avqust, Fineko/abc.az. 2025-ci ilin dövlət büdcəsində “Kənd təsərrüfatı” sektoru üzrə 5 icraçı təşkilat tərəfindən 7 proqram üzrə 30 tədbirin həyata keçirilməsi üçün 1 milyard 156,5 milyon manat vəsait proqnozlaşdırılıb.
Maliyyə Nazirliyinin məlumatına görə, icraçı təşkilatların sifarişləri əsasında 1 milyard 120,9 milyon manat (96,9%) ayrılıb və tam istifadə olunub.
Xərclərin strukturu və bölünməsi:
Kənd Təsərrüfatı Nazirliyi və qurumları: İstifadə olunmuş vəsaitin 48,2%-i (AKİA və Aqrar Xidmətlər Agentliyi daxil olmaqla);
"Regional Su Meliorasiya Xidməti" PHŞ: İstifadə olunmuş vəsaitin 48,1%-i;
Bölüşdürülməmiş vəsait: Proqnozlaşdırılan 34,7 milyon manatın (3%) 32,4 milyon manatı xərclənib.
Monitorinqin nəticələrinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş 2025-2028-ci illər üzrə sektor strateji planına daxil olan proqramlar üzrə hədəflərə qismən nail olunub və orta statistik icra göstəricisi qənaətbəxş qiymətləndirilib.