09:30 - 15.08.2026
15 avqust, Fineko/abc.az. 2025-ci ilin dövlət büdcəsində “Təhsil” sektoru üzrə 26 icraçı təşkilat tərəfindən 10 proqram üzrə 101 tədbirin həyata keçirilməsi üçün 4 milyard 896,7 milyon manat vəsait proqnozlaşdırılıb.
Maliyyə Nazirliyinin məlumatına görə, bu göstərici əvvəlki illə müqayisədə 346,4 milyon manat və ya 7,6% çoxdur.
İcraçı təşkilatların sifarişləri əsasında sektora 4 milyard 619,5 milyon manat (proqnozlaşdırılandan 277,2 milyon manat və ya 5,7% az) vəsait ayrılıb və təqdim olunan məlumatlara əsasən, ayrılan məbləğ tam istifadə olunub.
Xərclərin strukturu və bölünməsi:
Elm və Təhsil Nazirliyi: Sektor üzrə istifadə olunmuş vəsaitin 90,2%-i nazirlik tərəfindən icra olunan tədbirlərin payına düşüb;
Bölüşdürülməmiş (blok) vəsait: Proqnozlaşdırılan 197,9 milyon manatın (4%) 76,6 milyon manatı xərclənib.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026