Intel süni intellekt yarışında mövqeyini möhkəmləndirmək üçün 20 milyard dollar topladı

09:00 - 12.08.2026


12 avqust, Fineko/abc.az. Yarımkeçirici nəhəngi "Intel Corp." bazar ertəsi səhər elan etdiyi səhm satışı planını genişləndirərək 20 milyard dollar vəsait toplayıb. Bu göstərici şirkətin ilkin olaraq hədəflədiyi məbləğdən (15 milyard dollar) üçdə bir qədər çoxdur.

Mövzu ilə tanış olan mənbələrin bildirdiyinə görə, səhm satışına 100 milyard dollardan çox investor tələbi daxil olub. Səhmlər bir ədəd üçün 95 dollar qiymətində müəyyən edilib ki, bu da cümə gününün bağlanış qiyməti ilə müqayisədə 6,5%-lik güzəşt (əndirim) deməkdir.

"Intel"in həyata keçirdiyi bu iri razılaşma süni intellekt (AI) tədarük zəncirində yer alan şirkətlərə investor marağının nə dərəcədə güclü olduğunu bir daha nümayiş etdirir. Şirkət süni intellekt bümunda daha mərkəzi rol almaq, istehsal imkanlarını və qabaqcıl qablaşdırma texnologiyalarını genişləndirmək üçün nağd ehtiyatlarını artırır.