12:00 - 15.08.2026
15 avqust, Fineko/abc.az. Avropa Statistika İdarəsi ("Eurostat") Avro zonası və Avropa İttifaqının (Aİ) iyun ayı üzrə beynəlxalq ticarət göstəricilərini açıqlayıb.
Məlumata əsasən, Avro zonasının ixracı ötmə illə müqayisədə 14,4% artaraq 272,5 milyard avroya, idxalı isə 13,1% yüksələrək 263,9 milyard avroya çatıb. Beləliklə, Avro zonası iyun ayında 8,6 milyard avro xarici ticarət profisiti (müsbət saldo) əldə edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin iyununda 4,8 milyard avro, bu ilin mayında isə 7,8 milyard avro ticarət kəsiri qeydə alınmışdı.
Aİ üzrə ixrac illik müqayisədə 12,5% artaraq 241,5 milyard avro, idxal isə 13,5% artaraq 237,7 milyard avro təşkil edib və nəticədə 3,9 milyard avroluq ticarət profisiti yaranıb. İyun ayında Aİ-dən ən çox məhsul alan ölkələr ABŞ (45,7 mlrd. avro), Böyük Britaniya (32,4 mlrd. avro), İsveçrə (20,5 mlrd. avro), Çin (18,8 mlrd. avro) və Türkiyə (9,7 mlrd. avro) olub. Aİ-yə ən çox mal satan ölkələr siyahısına isə Çin (53,9 mlrd. avro), ABŞ (34,5 mlrd. avro), Böyük Britaniya (15,3 mlrd. avro), İsveçrə (12,5 mlrd. avro), Norveç (8,8 mlrd. avro) və Türkiyə (8,5 mlrd. avro) başçılıq edib.
21 Avqust 2026