11:43 - 13.08.2026
13 avqust, Fineko/abc.az. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının sistem əhəmiyyətli banklar üçün kapital tələblərini diferensial qaydada (əlavə 1–4% kapital buferi) müəyyənləşdirməsini sektorun sabitliyi baxımından mühüm addım kimi qiymətləndirib.
İslahatlar çərçivəsində tənzimləyici mühitə daxil edilən I dərəcəli əlavə kapital (AT1) alətləri bankların olası itkiləri qarşılamaq imkanlarını artıracaq.
Bununla yanaşı, kapitalın keyfiyyətinə dair tələblərin sərtləşdirilməsi maliyyə sektorunun beynəlxalq standartlara inteqrasiyasına xidmət edir.