17:10 - 14.08.2026
14 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 207 min 35 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin olunub.
Mülkiyyət hüquqlarının 39 min 556-sı (19%) ilkin, 167 min 479-u (81%) isə təkrar qeydiyyatın payına düşüb.
Hesabat dövründə 101 min 351 torpaq sahəsi, 52 min 822 mənzil, 44 min 830 fərdi yaşayış və bağ evi, 5 min 684 qeyri-yaşayış sahəsi, 1 918 qeyri-yaşayış binası, 366 əmlak kompleksi və 64 çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ rəsmiləşdirilib. Qeydiyyata alınan əmlakların 60 min 360-ı Bakı şəhərinin, qalan hissəsi isə regionların payına düşür.
14 Avqust 2026
14 Avqust 2026