Naxçıvanda ÜDM istehsalı 3,1% artıb

17:06 - 13.08.2026


13 avqust, Fineko/abc.az. Bu ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Naxçıvan MR Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çoxdur.

Hesabat dövründə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri 2,8% artaraq 2 170 manata çatıb.

Müqayisə üçün qeyd edək ki, ilk 7 ayda Azərbaycan üzrə ümumi ÜDM istehsalı 1,4% artımla 76 milyard 817,7 milyon manat təşkil edib. Ölkə üzrə neft-qaz sektoru 0,6% geriləyərək 22 milyard 916,5 milyon manata düşsə də, qeyri-neft-qaz sektoru 2,2% artaraq 53 milyard 901,2 milyon manata yüksəlib.