22:38 - 11.08.2026
11 avqust, Fineko/abc.az. Vyetnamın özəl aviasiya və kosmik şirkəti "VinSpace" hazırladığı peykləri 2027-ci ildə orbitə göndərmək məqsədilə ABŞ-nin "SpaceX" şirkəti ilə saziş imzalayıb. Vyetnam mətbuatının verdiyi məlumata görə, "SpaceX" 2027-ci ildə həyata keçirəcəyi birgə buraxılış missiyası çərçivəsində "VinSpace"ə məxsus peykləri orbitə qaldıracaq.
Peyklərin tədqiqi, işlənməsi, istehsalı və idarə olunması daxil olmaqla bütün proseslər "VinSpace" tərəfindən icra ediləcək. Bu əməkdaşlıq Vyetnam mühəndislərinə yerli imkanlarla hazırlanan peyk modullarını real orbit şəraitində sınaqdan keçirməyə imkan verəcək.
"VinSpace"in baş icraçı direktoru Vu Thu bildirib ki, bu saziş Vyetnamın kosmik ekosisteminin inkişafı və ölkənin qlobal kosmik iqtisadiyyatdakı mövqeyinin möhkəmləndirilməsi yolunda mühüm mərhələdir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026