Fransa mətbuatı süni intellektə görə "Google"dan şikayət edib

22:07 - 11.08.2026


11 avqust, Fineko/abc.az. Fransanın 300-dən çox yerli və milli mətbuat qurumunu təmsil edən APIG birliyi "Google" axtarış sistemində süni intellekt tərəfindən yaradılan xülasələrin istifadəsinə qarşı hüquqi addım ataraq ölkənin Rəqabət Qurumuna şikayət edib.

Birliyin bildirdiyinə görə, süni intellekt dəstəkli axtarış sistemi istifadəçilərə məlumatı birbaşa axtarış səhifəsində təqdim etdiyi üçün internet istifadəçilərinin axtarış vərdişləri dəyişir və xəbər saytlarına birbaşa keçidlər kəskin azalır.

Bu addımla fransız media resursları süni intellekt texnologiyalarının inkişafı fonunda axtarış sistemlərindəki görünürlüklərini, oxucu axınını və reklam gəlirlərini qorumağı hədəfləyirlər.