14:43 - 13.08.2026
13 avqust, Fineko/abc.az. Qlobal süni intellekt nəhəngi "Anthropic" fiziki dünyanı simulyasiya edən "dünya modelləri" və İT çiplərinin səmərəliliyini artıran proqram təminatı hazırlayan İsrailin "Decart" stasionar şirkətini almaq üçün danışıqlar aparır. Sövdələşmə hələ yekunlaşmayıb və tərəflər arasında razılaşmanın əldə olunmaması ehtimalı da qalmaqdadır.
Sövdələşmə baş tutacağı təqdirdə "Decart" komandasının "Anthropic" şirkətinin nəticəçıxarma (inference) və məhsuldarlıq bölməsinə qoşulacağı gözlənilir. Decart tərəfindən hazırlanan qabaqcıl texnologiya "Anthropic"ə infrastruktur imkanlarını genişləndirməyə və süni intellektin təlim xərclərini azaltmağa şərait yaradacaq.
2023-cü ildə İsrail mühəndisləri tərəfindən qurulan "Decart" e-ticarət və avtonom idarəetmə kimi sahələr üçün texnologiyalar təklif edir. Şirkətin "Lucy AI" modeli canlı video axınını real vaxt rejimində dəyişərək yüksək keyfiyyətli vizuallaşdırma imkanı yaradır. Elektron ticarət giqantı "eBay" də şirkətin investorları və müştəriləri sırasındadır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026