Pekin mərkəzli "Z.ai" şirkəti "GLM-5.3" süni intellekt modelini təqdim etməyə hazırlaşır

16:17 - 14.08.2026


14 avqust, Fineko/abc.az. Çinin aparıcı süni intellekt tərtibatçılarından olan "Z.ai" (Zhipu) şirkəti "GLM-5.3" adlı yeni dil modelini elan edib. Yeni versiya təkmilləşdirilmiş kodlaşdırma imkanları ilə ABŞ-nin "Anthropic" şirkətinin "Fable 5" kimi qabaqcıl modelləri ilə aradakı fərqi aradan qaldırmağı hədəfləyir.

700 milyard parametrlı bazaya əsaslanan modelin çəki göstəriciləri iki həftə ərzində açıq girişə buraxılacaq. "GLM-5.2" versiyası ilə uğur qazanan şirkət, artıq dünyada səhmləri birjaya çıxarılan ilk böyük dil modeli istehsalçısıdır. Yanvar ayında Honq Konq birjasında listinqdən sonra bazar dəyəri 137 milyard dollara çatan "Z.ai", hazırda 75 milyard dollar kapitallaşma ilə mövqeyini qoruyur.

Çin şirkətlərinin ("DeepSeek", "Moonshot", "Alibaba") daha aşağı xərclə yüksək məhsuldarlıq təqdim etməsi qlobal süni intellekt bazarında ABŞ nəhəngləri ilə rəqabəti daha da kəskinləşdirir.