11:00 - 15.08.2026
15 avqust, Fineko/abc.az. 2025-ci ilin dövlət büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə 10 icraçı təşkilat tərəfindən 5 proqram üzrə 26 tədbirin həyata keçirilməsi üçün 402,9 milyon manat vəsait proqnozlaşdırılıb. Bu göstərici əvvəlki illə müqayisədə 26 milyon manat və ya 6,9 faiz çoxdur.
Maliyyə Nazirliyinin məlumatına görə, icraçı təşkilatların sifarişləri əsasında sektora 374,1 milyon manat (92,9 faiz) vəsait ayrılıb və təqdim olunan hesabatlara əsasən, həmin məbləğ tam istifadə edilib.
Sektor üzrə xərclənmiş vəsaitin böyük hissəsi — 67,7 faizi yerli icra hakimiyyəti orqanlarının, 21,6 faizi digər əlaqədar təşkilatların, 10,7 faizi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun strukturuna daxil olan qurumların (Meşələrin İnkişafı Xidməti, Milli Hidrometeorologiya Xidməti və Bioloji Müxtəlifliyin Qorunması Xidməti) payına düşüb.
14 Avqust 2026
14 Avqust 2026