"Turkcell" ikinci rübdə 1,75 mlrd dollar gəlir əldə edib — Mobil abunəçi sayı rekord vurub

12:31 - 14.08.2026


14 avqust, Fineko/abc.az. Türkiyənin telekommunikasiya nəhəngi "Turkcell" 2026-cı ilin ikinci rübünə dair maliyyə hesabatını açıqlayıb. Şirkət hesabat dövründə gəlirlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artıraraq 71,8 milyard lirəyə (1,75 milyard dollar) çatdırıb.

İkinci rübdə 250 min xalis yeni abunəçi qazanan şirkətin ümumi abunəçi sayı 44,8 milyona çatıb. Mobildə 243 min xalis artım əldə edən "Turkcell"in mobil abunəçilərinin sayı tarixində ilk dəfə 40 milyon həddini keçib.

Əsas maliyyə və əməliyyat göstəriciləri:

  • Net mənfəət: Analitiklərin proqnozlaşdırdığı 3,8 milyard lirəni üstələyərək 5,2 milyard lirə (~127 milyon dollar) təşkil edib;

  • FAVÖK (əməliyyat mənfəəti): 1,6% azalaraq market gözləntilərinə paralel 30,0 milyard lirə (~732 milyon dollar) olub;

  • Sərmayə qoyuluşları: İlin ilk yarısında, xüsusən 1,2 milyard dollarlıq 5G lisenziya xərcləri də daxil olmaqla, ümumi investisiya xərcləri 106,8 milyard lirəyə (~2,6 milyard dollar) çatıb.

Şirkət rəhbərliyi ilin sonuna inflyasiya gözləntisini 28% səviyyəsinə yeniləsə də, 2026-cı il üçün ilkin hədəflərini dəyişməz saxlayıb. "Turkcell" ilin sonunadək real gəlirlərdə 5-7% artım və 40-42% civarında FAVÖK marjı nəzərdə tutur.