Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək

12:09 - 13.08.2026


13 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən cari ay üzrə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyaların ödənilməsi nəzərdə tutulub.

Məlumata əsasən, güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin ödənişləri də bu ay müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçiriləcək.