21:10 - 14.08.2026
14 avqust, Fineko/abc.az. Avqustun 15-də Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yükün yola salınması planlaşdırılır. Məlumata görə, 8 vaqondan ibarət, ümumi çəkisi 560 ton olan buğda yükü Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
İndiyədək Azərbaycan üzərindən Ermənistana tranzitlə 42 min tondan çox taxıl, 67 min ton taxta, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 1 114 ton kömür və 133 ton alüminium daşınıb. Bundan əlavə, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.
12 Avqust 2026