09:25 - 22.05.2023
22 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi hərracda azalır.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:22 –də $0,69 (0,88%) azalaraq bir barelə $74,89-a düşüb. Mayın 19-da Brent markalı neftin iyul fyuçersləri $0,28 (0,37%) ucuzlaşaraq bir barel üçün $75,58-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul ayı üçün fyuçersi saat 09:24-də $0,68 (0,95%) azalaraq bir barelə $71,01-a düşüb. Mayın 19-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,25 (0,35%) azalaraq bir barel üçün $71,69-a düşüb.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 1,90%, WTI neft isə 2,39% bahalaşıb.
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026