Çin Rusiyadan neft idxalını artırır: Hörmüz blokadası qlobal yanacaq bazarını vurur

13:03 - 22.08.2026


22 avqust, Fineko/abc.az. Hörmüz boğazının blokadası fonunda Çin Rusiyadan dəniz yolu ilə neft alışını kəskin artırıb. Avqust ayında Çinin Rusiya neftinin dəniz imporu günlük 1,25 milyon barrelə çatıb.

Eyni zamanda, əvvəllər Hindistan NÖZ-lərinin təmin olunduğu Avropa limanlarından neft yüklərini Çin almağa başlayıb. Bu səbəbdən Hindistanın Rusiya nefti idxalı iyuldakı 2,79 milyon barrel dərəcəsindən avqustda 1,87 milyon barrelə düşüb.

Xammal qıtlığı davam edəcəyi təqdirdə, sentyabr ayından etibarən Hindistan benzin və dizel ixracını məhdudlaşdıra bilər. Bu isə bütün Asiya regionunda neft məhsullarının çatışmazlığını daha da dərinləşdirə bilər.