Yanvar-iyul aylarında Azərbaycanda makaron istehsalı 4,4 % artıb

12:07 - 24.08.2026


24 avqust, Fineko/abc.az. Bu ilin 7 ayında ölkədə 9 min 175,6 ton makaron məmulatı istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu sahədə geçen ilin müvafiq dövrü ilə müqayisədə 4,4 %-lik artım qeydə alınıb.

Avqustun 1-i vəziyyətinə müəssisələrin anbarlarında 72,5 ton hazır məhsul qalıb ki, bu da illik müqayisədə 43,23 % azdır.

Ümumilikdə isə yanvar-iyul aylarında respublikada 3 milyard 164,9 milyon manatlıq qida məhsulu istehsal edilib. Bu göstərici ötsən ilin eyni dövründən 9,6 % yüksəkdir.