İlham Əliyev: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa böyük həvəslə yanaşır"

19:12 - 23.08.2026


23 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana səfəri zamanı ölkəmizin Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Şurasında tamhüquqlu üzv kimi iştirakına dəstək verdiyinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürünü bildirib.

Dövlət başçısı bu tarixi qərarın məhz Daşkənddə qəbul edildiyini xatırladaraq, Azərbaycanın Mərkəzi Asiya regionu ilə strateji tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın bu format çərçivəsində tərəfdaşlıq layihələrinə son dərəcə məsuliyyətlə və böyük həvəslə yanaşdığını, birgə təşəbbüslərin uğurla icra olunduğunu diqqətə çatdırıb.