19:08 - 23.08.2026
23 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasında Zəngəzur dəhlizinin tikintisi və layihənin gələcək idarəçiliyi ilə bağlı mühüm bəyanatlar verib.
Dövlət başçısı bildirib ki, layihənin ölkəmizin əsas ərazisindəki hissəsinin gələn il başa çatdırılması nəzərdə tutulur, Naxçıvan Muxtar Respublikası ərazisində isə tikinti işlərinə artıq başlanılıb.
Prezident Naxçıvan dəmir yolunun Azərbaycan Dəmir Yollarının tərkib hissəsi olduğunu vurğulayaraq, layihədə iştirak etmək, sərmayə yatırmaq və zəmanətli yükdaşımalar əldə etmək istəyən ölkə və şirkətlər üçün beynəlxalq konsorsiumun yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb.
İlham Əliyev amerikalı tərəfdaşların verdiyi məlumata əsasən, Ermənistan ərazisində də tikinti işlərinin bu ilin sonunda və ya gələn ilin əvvəlində başlayacağını qeyd edib. O, Ermənistandakı hissənin cəmi 42 km, Naxçıvandakı xəttin isə 194 km olduğunu xatırladaraq, Azərbaycanın öz ərazisindəki işləri hər bir halda sonadək çatdıracağını vurğulayıb.
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026