Norveç ilk dəfə olaraq ABŞ-ni geridə qoyaraq Aİ-nin əsas qaz tədarükçüsünə çevrilib

13:08 - 22.08.2026


22 avqust, Fineko/abc.az. Avropa Komissiyasının nümayəndəsi Eva Hrnçirova Brüsseldə keçirilən brifinqdə bildirib ki, Norveç tədarük həcminə görə ABŞ-ni üstələyərək Avropa İttifaqının (Aİ) birinci əsas təbii qaz təminatçısı olub.

AK nümayəndəsinin sözlərinə görə, Aİ ölkələri hazırda payız-qış mövsümü ərəfəsində yeraltı qaz anbarlarının doldurulması prosesini davam etdirirlər. Bərpa templəri ötən illərlə müqayisədə bir qədər zəif olsa da, proses sabit axınla gedir və anbarların doluluq səviyyəsi artıq 62%-ə yaxınlaşır.