"MilliÖn" adı altında saxta kampaniya aşkarlanıb – Kibertəhlükəsizlik xəbərdarlığı

12:42 - 24.08.2026


24 avqust, Fineko/abc.az. Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “MilliÖn” ödəniş sisteminin adından və vizual üslubundan istifadə edən saxta kampaniya müəyyən edib.

Fişinq səhifələri istifadəçilərə 1 manata mobil internet və danışıq paketi vəd edərək kart rekvizitlərini (ad, kart nömrəsi, bitmə tarixi, CVV, telefon nömrəsi və İP ünvan) mənimsəyir. Təhlillər göstərir ki, daxil edilən məlumatlar ödəniş sisteminə deyil, birbaşa üçüncü şəxslərə ötürülür.

Dəfələrlə baxış toplayan bu fırıldaqçılıq şəbəkəsi "TikTok" və "Instagram" vasitəsilə yayılır. Oxşar analoji şablonlardan “AzərPay” adı altında da istifadə olunur. Agentlik vətəndaşları diqqətli olmağa, kart məlumatlarını saxta resurslarda paylaşmamağa çağırır.