İlham Əliyev Özbəkistana təşəkkür etdi: "Qarabağın bərpasına praktiki kömək edən ilk ölkə Özbəkistan oldu"

19:06 - 23.08.2026


23 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Qarabağın bərpasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasında çıxış edən dövlət başçısı Özbəkistanın Qarabağın bərpasına praktiki kömək edən ilk ölkə olduğunu vurğulayıb.

Prezident Füzulidə tikilən Mirzə Uluqbəy adına məktəbin artıq yüzlərlə şagirdə qapılarını açdığını və bu təhsil ocağının iki ölkə arasındakı qardaşlığın rəmzinə çevrildiyini diqqətə çatdırıb.

İlham Əliyev həmçinin Xankəndidə özbək tərəfdaşlar tərəfindən rekord müddətdə istifadəyə verilən və 200-dən çox qadını işlə təmin edən tikiş fabrikini Qarabağda müasir istehsalat sahəsi üzrə ilk investisiya layihəsi kimi yüksək qiymətləndirib.