18:58 - 23.08.2026
23 avqust, Fineko/abc.az. Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi müxtəlif layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.
Tədbir çərçivəsində "Davr Bank" (Azərbaycan Beynəlxalq Bankı — ABB), Gips zavodu ("Mətanət-A") və "Landau" adına STEAM iki məktəb layihəsinin ("Landau Education Group") rəsmi açılışı baş tutub.
Eyni zamanda, SOCAR-ın 5 yeni yanacaqdoldurma məntəqəsinin, "Sea Breeze Uzbekistan" yaşayış və istirahət kompleksinin ("Agalarov Development"), "Baku City" yaşayış kompleksinin ("TuranAZ"), gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin ("Sur Gold and Silver Project") və meyvə bağlarının ("Gold Fresh Fruits") təməlqoyma mərasimləri keçirilib.