09:27 - 24.08.2026
24 avqust, Fineko/abc.az. ABŞ-nin İrana qarşı yeni sanksiyalar elan edəcəyi gözləntiləri fonunda investorların mənfəət götürməyə yönəlməsi neft qiymətlərini aşağı salıb.
"Brent" markalı neftin qiyməti 1,29% azalaraq barrel üçün 93,17 dollara, ABŞ-nin "WTI" nefti isə 1,38% dəyər itirərək 85,86 dollara enib. Keçən həftə ABŞ və İran arasında danışıqların dayanması və Hörmüz boğazında daşımaların azalması səbəbindən qiymətlər 5%-dən çox artmışdı.
ABŞ Maliyyə naziri Skott Bessent İrana qarşı sərt sanksiyalar paketini açıqlamağa hazırlaşır. Ekspertlər xəbərdarlıq edirlər ki, sanksiyalar effektiv olarsa, İranın atacağı cavab addımları enerji bazarları üçün risk yarada bilər.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026