14:07 - 24.08.2026
24 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda vergi tənzimlənməsi çərçivəsində daha 4 xarici şirkəti elektron qaydada ƏDV qeydiyyatına götürüb.
Bunlar ABŞ-ın "Anthropic, PBC" və "Aghanim Inc.", İsveçrənin "eBay Marketplaces GmbH", həmçinin Niderlandın "Netflix International B.V." şirkətləridir. Həmin qurumların ƏDV məqsədləri üçün qeydiyyatı sentyabrın 1-dən etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını ötən qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburidir.
Qeydiyyatdan keçmiş şirkətlərə edilən ödənişlər zamanı ƏDV banklar tərəfindən tutulmur; həmin rəqəmsal nəhənglər vergini özləri hesablayaraq birbaşa dövlət büdcəsinə köçürürlər.
26 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026