Mikayıl Cabbarov: ABB Özbəkistanda bank alır — "Davr Bank"ın 51%-lik səhmi əldə edilir

16:04 - 22.08.2026


22 avqust, Fineko/abc.az. Azərbaycanın ən böyük dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistan maliyyə bazarına daxil olur.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda bildirib.

Sövdələşməyə əsasən, ABB Özbəkistanın özəl "Davr Bank"ının 51%-lik nəzarət səhmlər zərfini əldə edir.

Aktivlərinin həcmi təxminən 1 milyard dollar təşkil edən və 43 filialı olan "Davr Bank" ilin sonunadək ribrendinq olunaraq "ABB Davr Bank" adı altında fəaliyyətini davam etdirəcək.