12:37 - 24.08.2026
24 avqust, Fineko/abc.az. Asiya İnkişaf Bankı (AİB) infrastrukturun dayanıqlılığının artırılması və iqlimə uyğunlaşma strategiyalarında süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı yeni regional proqram təqdim edir.
Məlumata əsasən, “Dayanıqlı infrastruktur və uyğunlaşma strategiyaları üçün süni intellekt” adlanan təşəbbüsün ümumi büdcəsi 800 min ABŞ dolları həcmində qiymətləndirilir.
Maliyyələşmə AİB-nin Texniki Yardım Xüsusi Fondu vasitəsilə təmin olunacaq. Layihə konsepsiyası hazırda baxılma mərhələsindədir və yekun təsdiqlənmə müddəti hələ dəqiqləşdirilməyib.
Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və Hindistan daxil olmaqla Asiya-Sakit okean hövzəsinin bir sıranı əhatə edəcək proqram fəlakət risklərinin təhlili və qiymətləndirilməsi mexanizmlərini təkmilləşdirməyi hədəfləyir. Təşəbbüs həmçinin təbii fəlakətlərin həssas sosial qruplara vurduğu zərərin azaldılmasına xidmət edəcək.